İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi A seriyasının oyunlarının dayandırılmalı olduğunu söyləyib.
Onun fikrincə, koronavirus epidemiyasının ölkədə tüğyan etdiyi məqamda futbol haqda düşünməyə dəyməz: “Artıq qərar qəbul etməyin vaxtıdır. Məncə, bundan sonra çempionat dayandırılmalıdır. İtaliyada insanların sürətlə epidemiyaya yoluxduğu şəraitdə, tədbirlər keçirilməməlidir. Oyunçulara hətta məşq etmək olmaz. Xatırladaq ki, İtaliya İdman Nazirliyi çempionatın dayandırılması ilə bağlı bəyanat yaysa da, “A” Seriyası rəhbərliyi bu tələbi qəbul etməyib.