Mövsüm başa çatdıqdan sonra Rəşad Sadqov karyerasını başa vuracaq.

Məlumatı “Qurban Qurbanov da təsdiqləyib. Belə ki, “Keşlə” – “Qarabağ” oyunundan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi komandanın kapitanının gedişi haqda söyləyib: “Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Uzun illər komandamızda olan futbolçuya belə hörmətlə yanaşırlar. Onun adının milli ilə hallanmasına sevinirəm. Rəşadın böyük potensialı var. Həm futbolçu, həm də məşqçi kimi. Futbolçularımızın, məşqçilərimizin yaxşı yerlərdə olmasına sevinirəm. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir”