Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasına görə beynəlxalq idman federasiyaları ilə Tokio olimpiadasının azarkeşsiz keçirilmə ehtimalını müzakirə edib.
ABŞ mətbuatı yazır ki, danışıqlar zamanı olimpiadanın azarkeşsiz keçirilməsinin yarışlara vuracağı ziyana dair rəylər bildirilib. Telefon danışıqları isə anonimlik şəraitində aparılıb. Hesablamalara görə, Yay Olimpiya Oyunları azarkeşsiz keçirilsə, təşkilatçılar 850 milyon avro ziyana düşəcək.