MXL-in ən məşhur oyunçularından biri Anri Rişar 84 yaşında vəfat edib. Bu barədə təşkilatın rəsmi internet portalı məlumat yayıb.
Rişar 2015-ci ildə Altsgeymer xəstəliyinə tutulmuşdu. Xatırladaq ki, kanadalı xokkeyçi 1955-75-ci illərdə “Monreal Kanadiens” komandasının şərəfini qoruyub. 11 dəfə Stenli Kubokunda qalib gələrək oyunçular arasında bu göstərici üzrə rekord müəyyənləşdirib. Karyerası boyunca 1256 oyuna 358 qol vurub və 688 məhsuldar ötürmə edib. Stenli Kubokunda isə Anri Rişar 180 oyunda 49 qol və 80 assistlə yadda qalıb.
1975-ci ildə buz meydanlarda çıxışlarını başa vuran “Monreal əfsanəsi”nin adı 4 il sonra Xokkeyin Şərəf zalına daxil edilib.