MotoGP üzrə 3 qat dünya çempionu Xorxe Lorenso karyerasını bərpa etdiyini açıqlayıb.

Artıq ötən aydan “Yamaha”nın test pilotu kimi trassa qayıdan ispaniyalı motosikletçi bu ilin iyun ayında Barselona Qran-prisində komandasına yadım edəcək. Bu da o deməkdir ki, İspaniyadakı yarışda “Yamaha” 3 pilotla təmsil olunacaq. Mətbuata açıqlama verən ispaniyalı motosikletçi belə bir qərar vermək üçün xeyli fikirləşdiyini söyləyib. Amma Lorenso nə vaxta qədər “Yamaha”ya kömək edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirməyib.

Onun 2021-ci ildən tamamilə yenidən yarışlara qoşulacağı ilə bağlı fikirlər də dolaşır.