Tokio olimpiadasının açılış mərasimində hər ölkənin nümayəndə heyəti arenaya iki bayraqdarla çıxacaq.

Onlardan biri kişi, digəri isə qadın idmançı olacaq. Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyini təmin etmək üçün belə bir qərar qəbul edib. Bu yenilik digər olimpiadalarda da tətbiq ediləcək.

Onu da qeyd edək ki, Tokio olimpiadasının iştirakçılarından 48 faizi qadın idmançı olacaq.Bu da rekord göstəricidir.