Danimarka millisinin sabiq futbolçusu Tomas Kalenberq koronavirusa yoluxub.

“Brondbü” klubunun rəsmi portalının məlumatına görə, Tomasın Amsterdamdan qayıdandan sonra xəstəliyə tutulması aydınlaşıb. İndiki məqamda futbolçu özünü yaxşı hiss edir. Kalenberqlə birgə Amsterdamda olan daha 13 nəfər hazırda karantindədir. Xatırladaq ki, Tomas Danimarka millisinin heyətində 47 oyun keçirib və 5 qol vurub. O, karyerası boyunca “Brondbü”, “Oser”, “Volfsburq” və “Evian” klublarının heyətində çıxış edib.