“Tottenhem”in yarımmüdafiəçisi Viktor Vanyama baş məqçisi Tyerri Anrinin olduğu “Monreal İmpakt” klubuna keçib.

Bu barədə London klubu məlumat yayıb. Amma İngiltərə və Kanada klubları arasında razılaşmanın şərtləri açıqlanmayıb. 31 yaşlı keniyalı yarımmüdafiəçi 2016-cı ildə “Sauthempton”dan “Tottenhem”ə keçib və 2009-cu ildən Keniya millisinin heyətində də çıxış edir.