AFFA keçirdiyi liqalarla bağlı məlumat yayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatına əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədar AFFA U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, həmçinin U-11, U-13 və U-16 qızlar liqalarının oyunlarını, eləcə də "Coca-Cola Məktəbli kuboku" turnirləri çərçivəsində keçiriləcək görüşləri martın 10-dək təxirə salıb.