Bu gün Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

İsveçrənin Lozanna şəhərində təşkil olunacaq 2 günlük tədbirdə Tokio-2020 yay Olimpiya oyunlarına hazırlığın gedişi müzakirə ediləcək. Əsas diqqət yetiriləcək məsələlərdən biri isə koronavirus təhlükəsinin idman yarışlarına təsiri ilə bağlı olacaq. İcraiyyə Komitəsinin iclasının gündəliyinə həmçinin Pekin-2022 qış, Paris-2024 yay və Milan Kortina-dAmpetso-2026 qış olimpiadaları ilə bağlı müzakirələr daxildir.

Xatırladaq ki, Yaponiya paytaxtında keçiriləcək 32-ci yay Olimpiya oyunları iyulun 24-də başlanıb, avqustun 9-da başa çatacaq.