Koronovirus təhlükəsi ilə ələqədar MotoGP üzrə Qətər qran-prisi təxirə salınıb.

Bu barədə təşkilatçılar məlumat veriblər. Səbəb İtaliyadan Qətərə çoxlu sayda idmansevərin gələ biləcəyi ehtimalıdır. Mövcud tələbə görə, İtaliyadan Qətərə gələnlər 14 gün Doxada karantində qalmaldır. Yarışın həftə sonu keçirilməli olduğunu nəzərə alsaq, karantinə vaxt qalımır.