Serbiyalı tennisçi Novak Cokoviç Dubay turnirinin finalında Stefanos Sitsipası məğlub edərək (6:3, 6:4) karyeasında 5-ci dəfə sözügedən yarışın qalibi olub.

Final görüşü 1 saat 19 dəqiqəyə yekunlaşıb. Oyun ərzində Novak 2 eysdən istəfadə edib və bir dəfə də olsun, ikili səhvə yol verməyib. Sitsipas isə 8 dəfə eysdən yararlanıb, amma 3 dəfə ikili səhvə yol verib.

Xatırladaq ki, ötən mövsüm Stefanos turnirin finalında Rocer Federerə uduzmuşdu.