Beynəlxalq İdman Arbitraj Məhkəməsi üzgüçülük üzrə 3 dəfə Olimpiya çempionu Sun Yanı cəzalandırıb.

O, antidopinq qaydalarını pozduğuna görə 8 il müddətinə diskvalifikasiya edilib. Çinli idmançının cəzası fevralın 28-dən qüvvəyə minib. Sunun cəzasının ağırlaşdırılmasının səbəbi isə onun öz analiz şüşəsini sındırmasıdır. O, həmçinin WADA əməkdaşını da təhqir edib.

Xatırladaq ki, Sun Yan həm də 11 dəfə dünya çempionudur.