Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunları üçün azərbaycanlı səfirlər müəyyənləşib. Bunlar yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov və müğənni Tünzalə Ağayevadır.

İdmançı səfirlərimiz isə karateçi Rafael Ağayev, cüdoçu Rüstəm Orucov, taekvondoçu Fəridə Əzizova və güləşçi Hacı Əliyevdir. Qeyd edək ki, Yaponiya paytaxtında təşkil olunacaq 32-ci Yay Olimpiya Oyunları 24 iyul-9 avqust, XV Yay Paralimpiya Oyunları isə 25 avqust-6 sentyabrda keçiriləcək.