UEFA Avropa Liqasının 1/16 finalında 1:1 hesabı ilə başa çatan “Sevilya” – “Kluj” oyunundan sonra qonaqların baş məşqçisi Dan Petresku hakimi tənqid edib.
Mətbuat konfransına futbol oyun qaydaları kitabı ilə gələn rumıniyalı mütəxəssis 89-cu dəqiqədə qaydalar çərçivəsində qol vurduqlarını deyib, kitabdan lazım olan hissəni jurnalistlərə oxuyub. Petresku mübarizəni məhz hakimlərə görə dayandırdıqlarını vildirib: “Bunu anlamaq çətindir, çünki biz təmiz qol vurduq. Qaydalarda bu epizoda görə qolun sayılmalı olduğu yazılıb. Futbolçularım çox məyusdur. Heç kim bu qolu bizə qaytarmayacaq. “Kluj”a qarşı haqsızlıq etdilər”.