“Çelsi” bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçi Frenk Lempard istefaya göndərilə bilər.

Çünki komandanın oyunu rəhbərliyi qane etmir. Amma məsələ bununla yekunlaşmır – klubun səlahiyyət sahibləri Lempardın qapıçı Kepa Arrisabalaqa ilə münasibətindən də narazıdırlar və onlar futbolçunun təxminən 1 aydır meydana çıxmamasını doğru saymırlar. Qeyd etmək yerinə düşər ki, baş məşqçi Kepanı sonuncu dəfə yanvarın 21-də heyətə cəlb edib.