Koronavirusa görə yayda keçiriləcək Avropa çempionatının təxirə salınması müzakirə olunmur.
Bu barədə UEFA-nın nümayəndəsi Andreas Şer məlumat verib. O, istənilən vəziyyətə hazır olduqlarını bildirib: “Əlbəttə, yaya qədər nə olacağını deyə bilmərik, amma məsələn, Çinə yaxın Rusiya ərazisində müəyyən təbdirlərə əl atmalı olsaq, biz yerli hakimiyyətlə birgə vəziyyətdən çıxış yolu axtaracağıq. İndiki məqamda isə biz hər hansı təhlükənin baş verəcəyini gözləmirik. Koronavirus turnirin təşkilatçılığına mane olmayacaq”.