PSG-nin argentinalı yarımmüdafiəçisi Anxel Di Mariya Lionel Messini indiyə qədər oynadığı futbolçular arasında “ən yaxşı” adlandırıb.

Di Mariya digər komanda yoldaşlarının xüsusiyyətlərindən də söz açıb: “Ueyn Runi, Zlatan İbrahimoviç, Kriştiano Ronaldo və Lionel Messi kimi futbolçularla oynamaq mənim üçün arzu idi. Amma Leo bu futbolçular arasında ən yaxşısıdır. Kriştiano kabus kimi bir oyunçudur. Neymar isə oynadığı futboldan həzz alır. İbra dəlidir. Zlatan meydanda pis adam kimi görünə bilər, amma əslində çox yaxşı oğlandır. Runi sakit insandır. Düzü, onun belə güclü olduğunu təsəvvür etmirdim. Bu futbolçular arasında kimisə fərqləndirmək çətindir, amma buna məcburamsa, Messinin adını çəkərdim”.