Novak Cokoviç Avstraliya Açıq tennis turnirinin qalibi olacağı təqdirdə yenidən ATP reytinqdə ilk sıraya yüksələcək.
Belə ki, dünən turnirin ¼ finalında avstriyalı Dominik Timə məğlub olan Rafael Nadal bu mənada zirvədə qalmaq şansını çətinə salıb. Novak turnirin qalibi ola bilməsə, Rafa reytinqdə mövqeyini qoruyacaq. Xatırladaq ki, Cokoviç yarımfinalda isveçrəli raketka ustası Rocer Federerlə qarşılaşacaq. Bu turnirin son qalibi olan serbiyalı raketka ustası ötən il finalda Rafael Nadalı məğlub etmişdi .