Azərbaycanlı hakimlər təkcə qitəmiqyaslı turnirlərə yox, həm də başqa ölkələrin çempionatından da dəvət alır. Bu mənada Əliyar Ağayev daha çox etimad göstərilən hakimlərimizdən biridir. Belə ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Fevralın 2-də keçiriləcək “Panatinaikos” – PAOK oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.