“Yuventus”un müdafiəçisi Merih Demiral dizindən əməliyyat olunub.
Turin klubunun rəsmi saytının məlumatında bildirilir ki, türkiyəli futbolçu meydana yalnız 6-7 aydan sonra dönəcək. Bu isə o deməkdir ki, 21 yaşlı müdafiəçi Avropa çempionatında iştirak edə bilməyəcək. Xatırladaq ki, Merih A Seriyasının “Roma” ilə oyunumda qol vurandan bir neçə dəqiqə sonra zədələnərək meydanı tərk etmişdi.
Onun ötən ilin yayında 18 milyon avroya “Sassuolo”dan “Yuventus”a keçdiyini və bu mövsüm İtaliya çempionatında 4 oyunda çıxış etdiyini də vurğulayaq.