“Barselona”nın prezidenti Xosep Bartomeu Ernesto Valverdenin istefaya göndərilməsinə münasibət bildirib.

O, məcburiyyətdən belə bir addım atmalı olduqlarını dilə gətirib: “Mən vəziyyətin bu həddə çatmasını istəmirdim. Ən doğru addım belə məqamda oyunçularımızı toparlamaq olardı. Əslində, Ernestonun gördüyü iş çox xoşuma gəlirdi. Sadəcə, indiki məqamda komandaya yeni nəfəs vermək lazım idi. Bu səhər “Barselona”nın paltardəyişmə otağını ziyarət etdim və orada Valverdeni də gördüm. Biz bir-birimizi qucaqladıq. Futbolçularla söhbət etdim. Onlar peşəkardırlar və Kike Setyenin bizim üçün nə dərəcədə önəmli bir sima olduğunu bilirlər”.