Yoahim Löv yayda “Şalke”ni “Bavariya”ya dəyişəcək Aleksander Nyubeli tənqid edib.
Almaniya millisinin baş məşqçisi 22 yaşlı qapıçının seçimi haqda danışarkən bunları söyləyib: “Mən həmişə gənc oyunçuların daha çox meydanda vaxt keçirməsinin tərəfdarı olmuşam. Belə olan halda, onların inkişafı üçün daha geniş imkanlar yaranır. 20-21 yaşlı futbolçu 2-3 il ehtiyat oyunçular skamyasında əyləşməyə razılıq verirsə, bu müddət ərzində o, heç bir fayda əldə etməyəcək”.
Xatırladaq ki, Nyubel “Padeborn” yetirməsidir. O, 2015-ci ilin yayında 600 min avro müqabilində “Şalke”yə transfer olunmuşdu. Bu ilin yayında Helzenkirhen klubu ilə müqavilə müddəti başa çatacaq Aleksander azad agent statusu ilə “Bavariya”ya keçməyə razılıq verib. Məsələ ondadır ki, o, bir müddət Manuel Noyerin əvəzedicisi olacaq. Elə Lövü də narahat edən bu məsələdir...