Argentinanın "Boka Xuniors" klubu hücumçusu Karlos Tevesin müqaviləsini uzadıb.
Argentina mətbuatı xəbər verir ki, 35 yaşlı hücumçunun başa çatan müqaviləsi bir il uzadılıb.
Qeyd edək ki, Argentina millisinin sabiq üzvü 2018-ci ildən "Boka Xuniors"da oynayır. O, Avropada "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus" kimi klublarda da çıxış edib.