"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola növbəti rekord qırıb.

Britaniya mətbuatı  xəbər verir ki, 48 yaşlı  mütəxxəsis İngiltərə Premyer Liqasının 20-ci turunda "Şeffild Yunayted"a qalib gəldikləri matçla ölkə çempionatında 100-cü qələbəsini qazanıb. O, buna 134 oyunda nail olaraq 100 qələbəni ən qısa zamanda qazanan məşqçi olub.

Qeyd edək ki, bundan əvvəlki rekord Joze Mourinyoya (142 matç) məxsus idi.