"Real"ın baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etmək istəmir.
Klub rəhbərliyi bu məsələdə baş məşqçisi Zinəddin Zidanla eyni fikirdə deyil. “Real” rəhbərliyi hesab edir ki, 26 yaşlı yarımmüdafəçiyə veriləcək pul əsassız ciddi xərcdir.
Klub rəhbərliyinin fikrincə, hazırda Zidanın Poqbanın mövqeyinə 21 yaşlı Federiko Valverdeni oynatması daha faydalıdır. Bu futbolçu hazırkı mövsümdə özünü yaxşı tərəfdən göstərə bilib və əsas heyətdə möhkəmlənib. Rəhbərlik onun daha da inkişaf edəcəyini, bu səbəbdən də Poqbaya ehtiyac duyulmadığını düşünür.