İspaniyanın "Espanyol" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Kataloniya təmsilçisi cari mövsümün sonuna kimi Abelardo Fernandesə həvalə olunub. 49 yaşlı mütəxəssis bu postda Pablo Maçini əvəzləyib.
Qeyd edək ki, "Espanyol" 18 turdan sonra 10 xalla La Liqada sonuncu - 20-ci pillədə qərarlaşıb. Komanda son 14 qarşılaşmada yalnız 1 qələbə əldə edə bilib.