Rusiyalı ağırçəkili döyüşçü, MMA üzrə 4 qat dünya çempionu Fyodor Yemelyanenko ABŞ-dan olan peşəkar döyüşçü Kvinton Rempeyc Ceksonla qarşılaşacaq.

Rusiya mediasının xəbərinə görə, döyüş dekabrın 29-da Yaponiyada baş tutacaq.

Məlumata görə, bu, F.Yemelyanenkonun sonuncu döyüşü ola bilər."Bellator" YouTube kanalına müsahibəsində Yemelyanenko rəqibinin "nokauter" və ağır zərbəyə malik olduğunu qeyd edib: "Mən onun bəzi döyüşlərdə rəqibini 2-ci mərtəbəyədək qaldıraraq yerə çırpdığını və nəticədə rəqibinin huşunu itirdiyini görmüşəm.

Bu, dəfələrlə baş verib. Beləliklə, o, rəqibinin qabırğasını sındırıb".