Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 13 idmançıya xəbərdarlıq edib.
Bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.
O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, buna idmançıların davranışları səbəb olub.
Belə ki, 4 dəfə idmançıya məkanın məlumatlandırılmaması, 9 dəfə testin buraxılmasına görə xəbərdarlıq olunub.
Qeyd edək ki, üç xəbərdarlıq bir qayda pozuntusu hesab olunur.