AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
2019-cu ilin son yığıncağında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.
“Zirə” – “Səbail” matçında 7 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.
“Sumqayıt” – “Neftçi” oyununda 4 futbolçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub.