Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində bildirib. Onun sözlərinə görə, gələn il mayın 26-da bu komandalar arasında oyun olacaq.Qarşılaşma Antalyada təşkil olunacaq.  Türkiyə yığması bundan sonra iyunun 1-də Xorvatiya, 4-də isə İrlandiyaya qarşı gücünü sınayacaq. Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsində iyunun 17-si Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.