Roberto Bordin “Neftçi”dən istefaya göndərilə bilər.

Ölkə mətbuatının məlumatına görə klub rəhbərliyi italiyan mütəxəssisin fəaliyyətindən narazıdır. Belə ki, “ağ-qaralar”ın ölkə kubokunda ¼ finalda mübarizəni dayandırması və çempionatda komandanın lider “Qarabağ”dan 6 xal geri qalması italiyanın istefasına təkan verən səbəblərdir.

Xatırladaq ki, Bordin ötən mövsümdən komandanı çalışdırır. Onun başçılığı altnıda “Neftçi” ötən mövsüm premyer liqada 2-ci yeri tutmuşdu. 54 yaşlı mütəxəssis istefaya göndəriləcəyi halda kluba APOEL-in sabiq baş məşqçisi Tomas Doll və BATE-dən istefaya göndərilən Aleksey Baqa gətirilə bilər.