Xorvatiyalı mütəxəssis İqor Tudorun yeni klubu məlum olub.
Belə ki, 41 yaşlı məşqçi ölkəsinin Split şəhərinin “Hayduk” klubu ilə anlaşıb. Bu barədə "Hayduk"un rəsmi saytı məlumat yayıb. Vaxtilə bu komandanı çalışdırmış Tudor 5 illik fasilədən sonra Splitə dönüb. O, köhnə-yeni klubu ilə 2,5 illik müqaviləyə imza atıb.
Tudor 2013-2015-ci illər aralığında da “Hayduk”a rəhbərlik etmişdi. O, bu klubdan ayrılandan sonra Yunanıstan PAOK-unda, Türkiyə “Qalatasaray”ı ilə “Karabükspor”unda, həmçinin İtaliyanın “Udineze” klubunda işləyib.