Uruqvay millisinin futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fransanın PSJ klubunun hücumçusu “Atletiko” ilə anlaşıb.
Madrid klubu 32 yaşlı forvardla 3 illik müqavilə barədə razılıq əldə edib. Lakin transferin gerçəkləşməsi üçün İspaniya təmsilçisi bir neçə futbolçusunu satmağa məcburdur ki, maaş həddini aşmasın. “Atletiko” 2020-ci ilin yayında parislilərlə müqaviləsi başa çatan E.Kavanini qışda heyətə qatmaq üçün Liqa1 təmsilçisi ilə də razılıq əldə etməlidir.
Qeyd edək ki, uruqvaylı hücumçu 2013-cü ildən PSJ-nin formasını geyinir.