PSG “Milan”ın braziliyalı yarımmüdafiəçisi Lukas Paketanı heyətinə qatmaqda maraqlıdır.
İtaliya mətbuatının yazdığına görə, PSG-nin idman direktoru Leonardo həmyerlisini Parisə gətirmək üçün milanlılarla danışıqlar aparır. Xatırladaq ki, Paketa “Flamenqo”nun yetirməsidir. O, bu ilin yanvarında 38,4 milyon avroya Lombardiya klubuna transfer olub.
Bu mövsüm braziliyalı futbolçu “Milan”ın heyətində A seriyasında keçirdiyi 13 oyunda 1 məhsuldar ötürmə və 5 sarı vərəqə ilə yadda qalıb.