Uruqvay millisinin və “Atletiko”nun sabiq futbolçusu Dieqo Forlanın yeni iş yeri məlum olub.
Belə ki, 40 yaşlı keçmiş hücumçu “Penyarol” klubunun baş məşqçisi olub. Bu barədə Uruqvay təmsilçisinin rəsmi saytı məlumat yayıb. Forlanla imzalanan müqavilənin detalları isə açıqlanmayıb. Karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Forlan Uruqvay millisində də 112 oyuna çıxıb.
Xatırladaq ki, Forlan "Penyarol"a qədər heç bir klubu çalışdırmayıb.