MLS liqasında mübarizə aparacaq “İnter Mayami” klubunun sahibi Devid Bekhem Patrik Vieyranı komandasının baş məşqçisi vəzifəsinə təyin etmək istəyir. Bu barədə İngiltərənin “Daily Mail” nəşri məlumat yayıb. Xatırladaq ki, hazırda Vieyra Fransa çempionatında çıxış edən “Nitsa”nın baş məşqçisidir. 43 yaşlı mütəxəssis bir müddət öncə MLS-də mübarizə aparan “Nyu York” klubunda işləmişdi. “İnter Mayami”nin 2008-ci ilin yanvarın 28-də təsis olunduğunu da nəzərinizə çatdıraq.