Ukrayna millisi və Kiyev “Dinamo”sunun hücumçusu Artyom Besedin dopinq qəbul etməkdə şübhəli bilinir.

Bu barədə Kiyev klubunun rəsmi saytında məlumat verilib. Belə ki, “Dinamo”ya Besedinin antidopinq qaydalarını pozması ilə bağlı UEFA-dan məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırmalar gedir. Xatırladaq ki, Artyom “Dinamo”nun yetirməsidir.

Cari mövsüm Besedin bütün turnirləri nəzərə almaqla keçirdiyi 23 oyunda 8 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, indiyə qədər Ukrayna millisinin heyətində keçirdiyi 12 oyunda 8 qol vurub.