“Sampdoriya” ilə oyunda fərqlənən Kriştiano Ronaldo vurduğu qələbə qoluna münasibət bildirib. Belə ki, yerdən 256 sm hündürdə olan portuqaliyalı “İnstagram” səhifəsində özünü “Çikaqo Bulls”un əfsanəsi Maykl Cordana bənzədib. “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda qol vuran Ronaldonun ardıcıl 5-ci oyununda da adını tabloya yazdırdığını xatırladaq. Portuqaliyalı bu mövsüm A seriyasında keçirdiyi 14 oyunda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda Kriştiano bombardirlər cədvəlində “İnter”in hücumçusu Romelu Lukaku və “Kalyari”nin forvardı Joao Pedro ilə 2-ci pilləni bölüşür. Siyahıya isə 16 oyuna 17 qol vuran “Latsio”nun hücumçusu Çiro İmmobile başçılıq edir.