Mirça Luçesku Braziliyanın “Santos” klubundan təklif alıb.

Bu barədə rumıniyalı mütəxəssisin özü məlumat verib. Amma 74 yaşlı mütəxəssis qərar verməkdə tələsmədiyini bildirib: “Bu, real və konkret təklifdir. Mən hələ qərar qəbul etməmişəm. Qəti qərarımı yeni ildən sonra verəcəyəm. “Santos”la yanaşı digər klublardan təklif almışam”.

Xatırladaq ki, Luçeksunun son iş yeri Türkiyə millisi olub.  “Ay ulduzlular”la yanaşı rumıniyalı mütəxəssis “İnter”, “Rapid”, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor” və “Zenit”də də işləyib.