Sabah keçiriləcək “Barselona” – “Real” oyunu öncəsi Kataloniyada təhlükəsizlik tədbirləri gücləndirilir.
Bunu nəzərə alan İspaniya hakimiyyəti “Barselona” ilə “Real”ın eyni oteldə qalması ilə bağlı göstəriş verib. İspaniyanın “La Sexta” nəşrinin məlumatına görə “Sofia” otelində məskunlaşacaq komandalar oyundan öncə stadiona da eyni saatda yollanacaq. Hər iki komandanın avtobusu hüquq mühafizə orqanları tərəfindən furqonlarla əhatə olunacaq.
Xatırladaq ki, bu komandalar arasında oyun oktyabrın 26-ı baş tutmalı idi. Amma Kataloniyada müstəqillik tərəfdarlarının yaratdığı iğtişaş nəticəsində oyun təxirə salınmışdı.