Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Belə ki, bu gün keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında  xorvatiyalı mütəxəssisin  təqdim etdiyi hesabat ətrafında qızğın müzakirələr gedib. Qərara alınıb ki, Yurçeviçlə müqavilə müddəti artırılmaslın. Xatırladaq ki,  Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. 

Bununla yanaşı, U-17 millimizin baş məşqçisi Vüqar Məmməd də istefaya göndərilib. Amma U-19 millimizin baş məşqçisi Samir Əliyevlə  U-21 millimizin baş məşqçisi Milan Obradoviçlə müqavilə müddəti artırılb