Bazar günü La Liqada 16-cı tur çərçivəsində 5 görüş keçirilib.

Liderlik uğrunda mübarizə aparan “Sevilya” Pamplonada “Osasuna” ilə oyunda xal itirib. Günün ən dramatik oyunu “Benito Vilyamarin”də baş tutub. Xoakin Sançesin ilk 20 dəqiqədə het-trik etdiyi oyunda “Betis” “Atletik”i məğlub etməyi bacarıb. Beləliklə də, 38 yaşlı Xoakin La Liqada het-trik edən ən yaşlı oyunçu kimi tarixə düşüb.

“Real Sosyedad” səfərdə “Valyadolid”in müqavimətini qıra bilməyincə ÇL zonasındakı mövqeyini itirib. Bundan yararlana “Xetafe” səfərdə “Eybar”ı məğlub edərək 4-cü sıraya yüksəlib.

İspaniya La Liqası

16-cı tur

8 dekabr

Eybar – Xetafe 0:1

Anxel, 67.

Betis – Atletik 3:2

Xoakin, 2; 11; 20 – Uilyams, 44-pen. Berçiçe, 75.

Valyadolid – Real Sosyedad 0:0

Leqanes – Selta 3:2

Oskar, 15; 39. Rodriqes, 55 – Arauxo, 64. Aspas, 81.

Osasuna – Sevilya 1:1

Avila, 45+2 – El Haddadi, 11.