Azərbaycanın qadın idman gimnastları Polşanın Katovitse şəhərində keçirilmiş beynəlxalq “Barborka Cup 2019” turnirində 2 medal qazanıb.
Gənclər yaş qrupunda çıxış edən Milana Minakovskaya 48,634 balla çoxnövçülükdə qızıl medala yiyələnib. Bu yaş kateqoriyasında iştriak edən daha bir gimnast Nazənin Teymurova isə yarışı 11-ci yerdə bitirib.
Daha bir medala yeniyetmələr arasında çıxış edən Məryəm Musayeva sahib olub. O, 52,267 balla çoxnövçülükdə 3-cü yeri tutub. Musayeva ilə eyni qrupda çıxış edən Duyğu Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.