"Yuventus"unun futbolçusu Kriştiano Ronaldo İtaliyada mükafatlandırılıb.

 

"Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində Portuqaliya millisinin üzvü A Seriyasında başa çatmış mövsümünün ən yaxşı oyunçusu seçilib. O, eyni zamanda ölkə çempionatının ən yaxşı hücumçuları arasında yer alıb.

 


Digər nominasiyalarda aşağıda adları qeyd olunanlar qalib olub.

 

Ən yaxşı hücumçular: Kriştiano Ronaldo ("Yuventus"), Duvan Sapata ("Atalanta") və Fabio Kualyarella ("Sampdoriya")

 

Ən yaxşı yarımmüdafiəçilər: Miralem Pyaniç ("Yuventus"), Yosip İliçiç ("Atalanta") və Nikolo Barella ("Kalyari"/"İnter")

 

Ən yaxşı müdafiəçilər: Joau Kanselu, Corco Kyellini (hər ikisi "Yuventus"), Kalidu Kulibali ("Napoli") və Aleksandar Kolarov ("Roma")

 

Ən yaxşı qapıçı: Samir Handanoviç ("İnter")

 

Ən yaxşı komanda: "Atalanta"

 

Ən yaxşı məşqçi: Can Pyero Qasperini ("Atalanta")

 

Ən yaxşı arbitr: Canluka Rokki

 

Ən yaxşı gənc oyunçusu: Sandro Tonali ("Breşiya")