2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb.

 

Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbirdə 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə  iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.

 

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Püşkün nəticəsində A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milliləri mübarizə aparacaq.

 

 

A qrupu

 
Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə

 

B qrupu
 

Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)

 

C qrupu
 

Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi

 

D qrupu
 

İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya

 

E qrupu
 

İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi

 

F qrupu

 

A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.