İtaliyada "Yuventus" və İspaniya "Atletiko"su arasındakı Çempionlar Liqasının V tur matçında daha bir maraqlı olay yaşanıb.

 

Meydan sahiblərinin futbolçusu Paulo Dibala 45+2-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib.

 

Argentinalı hücumçu ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Demiralı salamlayıb. Bu qolla "Yuventus" fasiləyə öndə çıxıb - 1:0.

 

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da "ay-ulduzlular" Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.