"Barselona"nın futbolçusu Antuan Qrizmann komanda yoldaşları - Lionel Messi və Luis Suareslə arasındakı münasibətlərindən danışıb.

 

Fransalı hücumçu bununla bağlı deyib: "Mən çox utancaq biriyəm və çox insanla yaxşı ünsiyyət qurmuram. Mən söhbətə başlaya biləcək adamlardan deyiləm. Ancaq biz Messi və Suareslə tədricən tanış oluruq. Biz artıq birlikdə nahar etmişik".

 

O bildirib ki, sözügedən oyunçularla münasibəti vaxt keçdikcə yaxşılışacaq: "Bu, meydanda özümüzü daha rahat hiss etməyimizə kömək olacaq".

 

Qrizmann Messi haqda müsbət fikirlər də səsləndirib: "Yaxın 40 ildə Messi kimi bir oyunçu görməyəcəyik. Onun etdikləri inanılmazdır".

 

Qeyd edək ki, Qrizmannın Messi ilə pis münasibətləri səbəbindən "Barselona"dan ayrılmaq istədiyi iddia olunurdu.