"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviçi transfer etmək istədikləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

 

56 yaşlı mütəxəssis bu iddiaları təkzib edib: "Belə ehtimal da yoxdur. Heyətimizdə Harri Keyn kimi İngiltərənin ən yaxşı hücumçusu var. O, eyni zamanda dünyanın ən yaxşı hücumçularından biridir".

 

Portuqaliyalı çalışdırıcı daha sonra deyib: "Zlatanın yaşı 35-dən yuxarı olsa da, o, hər komandada oynaya biləcək səviyyədədir. Bu cür futbolçunun Harri Keyn kimi futbolçuya sahib olduğumuz zamanda "Tottenhem"ə keçməsinin mənası yoxdur".