"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 13-cü turunda "Atalanta" ilə görüşü böyük ehtimalla buraxacaq.
Bu barədə Turin klubunun baş məşqçisi Maurisio Sarri oyun öncəsi təşkil edilən mətbuat konfransında bildirib: "Çərşənbə axşamı bizə özünü yaxşı hiss etmədiyini söylədi. Milli ilə ilk matçında yaxşı olduğunu, ancaq ikinci görüşdə ağrılar hiss etdiyini dedi. Buna görə 99 faiz "Atalanta" ilə matçda oynamayacaq. "Atletiko" ilə görüşə kimi ona bərpa olmağa imkan verməliyik".
Qeyd edək ki, "Atalanta" - "Yuventus" oyunu sabah keçiriləcək.